19 "Grammy" mükafatı qazanan ifaçı vəfat etdi

19 "Grammy" mükafatı qazanan ifaçı vəfat etdi
calendar 21 iyul 2023
clock 17:40

96 yaşlı amerikalı müğənni Toni Bennet (əsl adı Entoni Dominik Benedetto) vəfat edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, sənətçi uzun müddət alzheimer xəstəliyi ilə mübarizə apardıqdan sonra Nyu-Yorkda dünyasını dəyişib. Bennettə 2016-cı ildə alzheimer xəstəliyi diaqnozu qoyulub.

O, 70-dən çox albom buraxıb və 19 "Grammy" mükafatı qazandırıb.

Yaradıcılıq karyerası ərzində ifaçı müxtəlif dünya ölkələrində 50 milyondan çox albom satmağı bacarıb.

view 820 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news