“1984” romanının satışı qadağan edildi

“1984” romanının satışı qadağan edildi
calendar 20 may 2022
clock 16:20

Belarusda Corc Oruellin "1984" romanının satışı qadağan edilib.

Kulis.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu haqda hökumət sərəncam imzalayıb.

Sərəncama görə, bütün kitab mağazalarından “1984” romanının nüsxələri yığışdırılacaq.

Qadağaya səbəb kitabın təhlükəli olması ilə bağlıdır.

Xatırladaq ki, Oruellin 1984-cü il distopiyası, sakinlərin vətəndaş hüquqlarından və fərdiliyindən məhrum olduqları, hakimiyyətə tabe olmağa və Böyük Qardaş kultunu dəstəkləməyə məcbur olduqları totalitar cəmiyyəti təsvir edir.

view 2712 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news