“21 Sentyabr - Beynəlxalq Sülh Günü” adlı sərgi açılıb

“21 Sentyabr - Beynəlxalq Sülh Günü” adlı sərgi açılıb
calendar 21 sentyabr 2024
clock 11:30

Milli Kitabxanada “21 Sentyabr - Beynəlxalq Sülh Günü” adlı virtual və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kulis.az xəbər verir ki, virtual sərgidə mövzu ilə əlaqədar fotolar, kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr yer alıb.

Ənənəvi sərgidə sülh, ədalət, multikulturalizm, tolerantlıq, birgəyaşayış və digər mövzularda Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, Azərbaycan bəstəkarlarının sülh mövzusunda bəstələdikləri musiqi notları nümayiş olunur.

Ənənəvi sərgi bir həftə davam edəcək.

view 562 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news