ABŞ səfirliyi Mikayıl Müşfiq haqqında material hazırladı - Video

ABŞ səfirliyi Mikayıl Müşfiq haqqında material hazırladı - Video
calendar 16 sentyabr 2020
clock 11:30

ABŞ-ın Azərbaycandakı Səfirliyi həm Amerikada, həm də Azərbaycanda millətin formalaşması üçün mühüm töhfələr verən görkəmli yazıçılar, jurnalistlər, siyasətçilər və xeyriyyəçilər haqqında silsilə videolar təqdim edir.

Kulis.az xəbər verir ki, həmin videolarda ölkələrin tarixində mühüm iz buraxan azərbaycanlı və amerikalı görkəmli simalar arasında müqayisələr aparılır.

Səfirliyin Facebook səhifəsində yaydığı bugünkü videoda şairlər Mikayıl Müşfiq və Emili Dikinson haqqında bir neçə fakta müraciət edilib.

Səfirliyin bundan öncəki videoları Azərbaycan və Amerika dövlət xadimləri Məhəmməd Əmin Rəsulzadə və Henri Patrik, yazıçılar Cəlil Məmmədquluzadə və Mark Tven, musiqiçilər Vaqif Mustafazadə və Art Tatumdan bəhs edib.

view 1574 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news