Afaq Məsudun romanı macar dilində nəşr edildi

Afaq Məsudun romanı macar dilində nəşr edildi
calendar 11 iyun 2020
clock 12:44

Xalq yazıçısı Afaq Məsudun “Azadlıq” romanı Macarıstanın nüfuzlu “Narkut Kiado” nəşriyyatında çap olunub.

Kulis.az-ın verdiyi xəbərə görə, macar dilinə çevrilən əsəri türk dilindən tərcüməçi Laura Pal çevirib.

Qeyd edək ki, 2003-cü ildən paytaxt Budapeştdə fəaliyyət göstərən “Narkut Kiado” müasir və klassik macar ədəbiyyatı ilə yanaşı, dünya ədəbiyyatı nümunələrinin nəşrinə də geniş yer ayıran aparıcı nəşriyyatlardan biri kimi tanınır.

Kitab “Narkut Kiado” nəşriyyatının təşəbbüsü və maddi dəstəyi ilə nəşr edilib.

view 2291 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news