Ağcabədidə yazıçı Şərif Ağayarla görüş - Fotolar 

Ağcabədidə yazıçı Şərif Ağayarla görüş  - Fotolar 
calendar 22 noyabr 2019
clock 16:14

Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində, Laçın rayon Mədəniyyət Mərkəzində yazıçı Şərif Ağayarla oxucuların görüşü keçirilib.

Kulis.azın verdiyi xəbərə görə Şərif Ağayarın özünün apardığı tədbirdə oxucular, regionda yaşayan qələm adamları və həmyerliləri iştirak edib.

Tədbir “Şəkil” hekayəsinin səslənməsi ilə başlayıb. Daha sonra yazıçı giriş nitqi edərək, sözü tanınmış saz ifaçısı və müəllimi Cabbar Cabbarova verib. Bundan sonra rayonun tanınmış sənətkarları, ziyalıları və sənət adamları ardıcıl çıxış edərək yazıçının yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər.

Görüşdə saz və muğam ifaçıları Şərif Ağayarın gənclik dövründə yazdığı şeirləri ifa ediblər. Yazıçı özü də sazın müşayətilə bir neçə şeirini söyləyib, Laçın yaylaqları ilə bağlı maraqlı xatirələrini bölüşüb.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

view 2179 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news