Ağdamda Qarabağ Zəfərinə həsr olunmuş sərgi açılır

Ağdamda Qarabağ Zəfərinə həsr olunmuş sərgi açılır
calendar 19 avqust 2021
clock 18:42

Avqustun 20-də Ağdam Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvləri, sərgi-tədbir təşkilatçıları Elnurə və Aygün İsgəndərovaların Qarabağ Zəfərinə həsr olunmuş “Milli-Mənəvi dəyərlərimiz” adlı dekorativ-tətbiqi sənət nümunələrindən ibarət ilk fərdi yaradıcılıq sərgisi açılacaq.

Sərgi şəhid ailələri və media nümayəndələri üçün nəzərdə tutulub.

Sərginin təşkilatçıları Kanada-Azərbaycan diasporunun fəal nümayəndəsi Səbinə İsgəndərova, Milli Qəhrəman Asif (Fred) Məhərrəmov adına fondun rəhbəri Ədalət Məhərrəmov, Qızıl Aypara Cəmiyyətinin Kəlbəcər rayon bölməsinin sədri Gəncəli Mehdiyev və “Qalera” Sənət Mərkəzinin rəhbəri Mansur Əsgərlidir.

Sərginin kuratoru Xalq rəssamı Arif Hüseynovdur.

view 2108 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news