Aktrisa onu cinsi istismara məruz qoyan atası ilə məhkəməlik oldu

Aktrisa onu cinsi istismara məruz qoyan atası ilə məhkəməlik oldu
calendar 5 iyul 2021
clock 10:30

Türk aktrisa Melisa Döngəl atası tərəfdən cinsi istismara məruz qalıb.

Kulis.az türk saytlarına istinadən xəbər verir ki, bu barədə aktrisa özü bildirib. O, yaşadığı travmanı adlatmaq üçün uzun müddət psixoloji müalicə alıb. Atası isə həbs edilib.

Söz-söhbət 21 yaşlı Döngəlin atasının 17 yaşlı bacısını onun himayəsindən almaq üçün məhkəməyə müraciət etməsindən sonra ortaya çıxıb. O, Döngəlin normal həyat yaşamadığını deyərək, kiçik qızının Rusiyada yaşayan anasının yanına göndərilməsini və dövlətin himayəsinə verilməsini tələb edib.

Bu arada ananın qızına baxa bilmədiyi üçün onu Döngəlin yanına göndərdiyi ortaya çıxıb.

Döngəl isə “Bacımı əsla elə bir atanın himayəsinə vermərəm” - deyə bildirib.

Oyuncu Melisa Döngel babası tarafından istismara uğradığını açıkladı (Kardeşi için mücadele ediyor) - 4

view 2753 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news