Aktyor ağciyər xərçəngindən dünyasını dəyişdi

Aktyor ağciyər xərçəngindən dünyasını dəyişdi
calendar 10 dekabr 2019
clock 14:40

Amerikalı aktyor Rene Oberjonois dünyasını dəyişib.

Kulis.az CNN-ə istinadən xəbər verir ki, aktyor uzun müddətdir əziyyət çəkdiyi ağciyər xərçəngindən dünyasını dəyişib.

Qeyd edək ki, Oberjonois 1940-cı il iyunun 1-də Nyu-Yorkda anadan olub. “King Kong”, “Batman Forever”, “Patriot”, “Ehtiras Anatomiyası” və “Yaxşı Arvad” kimi filmlərdə canlandırdığı obrazlarla məşhurdur. Aktyor Toni Teatr Mükafatına layiq görülüb. Sənətkar həmçinin “Təcrübə” və “Benson” seriallarında canlandırdığı obrazlara görə Emmi mükafatına namizəd olub.

view 1914 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news