Asəf Zeynallının 110 illik yubileyi qeyd olunub

Asəf Zeynallının 110 illik yubileyi qeyd olunub
calendar 23 dekabr 2019
clock 15:52

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 33 nömrəli uşaq musiqi məktəbində görkəmli bəstəkar Asəf Zeynallının 110 illik yubileyi qeyd olunub.

Tədbirdə məktəbin müəllimi Aynur Məmmədova bəstəkarın həyat və yaradıcılıq yolunu əks etdirən məruzə ilə çıxış edib.

Yubiley tədbirində məktəbin şagirdlərinin ifasında “Ölkəm” romansı, fortepiano üçün “Uşaq süitasından” - “Kuklaların yürüşü”, “Deyişmə”, “Uşaq və buz” pyesləri, bəstəkar tərəfindən nota köçürülmüş “Bülbüllər oxur”, “Evləri var xana-xana” xalq mahnıları və “Araz” pyesi səslənib. /azertag.az/

view 2265 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news