Aygün Kazımovadan 103 yaşlı nənəyə sürpriz

Aygün Kazımovadan 103 yaşlı nənəyə sürpriz
calendar 3 aprel 2020
clock 10:00

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Həyatın dəyərlidir! Evdə qal Azərbaycan” sosial layihəsinə Xalq artisti Aygün Kazımova da qoşulub.

Kulis.az xəbər verir ki, bu barədə Xalq artisti özü sosial şəbəkədə məlumat paylaşıb.

“Heydər Əliyev Fondunun “Həyatın dəyərlidir! Evdə qal Azərbaycan” sosial layihəsinə mən də qoşuldum. Azərbaycanlılar uzunömürlülər diyarıdır. Böyüklərimizi qorumaq isə bizim borcumuzdur. 103 yaşlı Xədicə nənəmiz də bilirəm ki, bu karantin günlərində nəvələri, nəticələri, kötücələri üçün darıxacaq, onları görmək istəyəcək. Evdən çıxmadan doğmaları ilə daha sıx əlaqə saxlaması, onlarla görüntülü danışması üçün Xədicə nənəmizə smart telefon hədiyyə etdim. Evdə qalmağa HƏ, evdən çıxmağa YOX! Bu çətin günlərdə evdə qalın. Mən də evdəyəm.”

view 2269 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news