Aysel Əlizadə feminist kitab yazdı: "Qızlar ağlamaz"

Aysel Əlizadə feminist kitab yazdı: "Qızlar ağlamaz"
calendar 30 may 2020
clock 14:39

Yazıçı Aysel Aydın Əlizadə feminizm motivli yeni kitab yazıb.

Kulis.az xəbər verir ki, "Qızlar ağlamaz” adlanan kitabda "qadın problemi” yer alıb. Kitab 30 may Beynəlxalq feminizm gününə həsr olunub.

Bu, Aysel Əlizadənin sayca 11-ci kitabıdı. Yazıçının dediyinə görə kitab doğulan kimi qızların salındığı qəliblərin onların bütün həyatlarına necə təsir etdiyindən bəhs edir.

Publisistik stildə yazılan "Qızlar ağlamaz” tezliklə satışda olacaq.

view 3882 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news