Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünya şöhrətli qırğız yazıçı Çingiz Aytmatovun “Cəmilə” povesti əsasında hazırlanan eyniadlı tamaşanın məşqlərinə başlanıb.
Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rejissor Anar Babalının quruluşunda yazıçı Cavid Zeynallının səhnəyə uyğunlaşdırdığı əsərin ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir.
Quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysterləri – Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, musiqi tərtibatçısı Atabəy İsmayılov, geyim üzrə rəssamı Yelena Almazova, rejissor assistenti Elməddin Dadaşov olan tamaşada rolları Əməkdar artistlər – Əzizağa Əzizov, İqrar Salamov, Almaz Ələsgərova, aktyorlar – Gülnarə Abdullayeva, Mehriban Zaliyeva, Türkel Tariqpeyma, Səmədzadə Xasiyev, Əmrah Dadaşov, Nicat Əli, Emin Zeynallı, Şaban Cəfərov, Hidayət Əliyev, Ruslan Mürsəlov, Zaur Əliyev və İbrahim Əlizadə ifa edəcəklər.
- Xalq artistinə ağır itki üz verdi
- “Böyük qayıdış. Həsrətin sonu” adlı sərgi təşkil olunacaq
- Van Qoq haqqında cizgi filmi çəkildi – İLK DƏFƏ
Balet və xor artistlərinin də iştirak edəcəyi səhnə əsərində qırğız milli musiqi aləti qomuz vasitəsilə onlara məxsus etnik musiqilər səsləndiriləcək.