Azərbaycan Nəşriyyatları İctimai Birliyi (ANİB) "Əməyə hörmət, qələmə hörmət" devizi altında pirat nəşrlərə qarşı poster müsabiqəsi elan edib.
Kulis.az xəbər verir ki, müsabiqənin əsas məqsədi ölkə kitabçılığının önündə ciddi problemə çevirilmiş pirat və qanunsuz kitab nəşrinə diqqət çəkmək, insanları maarifləndirmək və orijinal kitab almağa sövq etməkdir.
Müsabiqəyə istənilən texnika ilə işlənmiş işləri göndərmək mümkündür.
- Gümrah Ömər teatr direktoru təyin olundu
- Pərvin Abbaslının imza günü
- Azərbaycan Milli İncəsənət Muzeyində növbəti konsert keçirilib
İşlər 23 may 2021 tarixinə kimi info@anib.az ünvanına göndərilməlidir.
ANİB tərəfindən birinci yerin qalibi 300 AZN, ikinci və üçüncü yerin qalibləri isə kitab hədiyyələri ilə mükafatlandırılacaq.