Azərbaycanda qeyri-adi jurnal: Onu uşaqlar buraxacaq

Azərbaycanda qeyri-adi jurnal: Onu uşaqlar buraxacaq
calendar 30 iyun 2021
clock 16:37

“Dəcəl Balam” adlı uşaq jurnalı nəşrə hazırlanır.

Kulis.azın verdiyi xəbərə görə, jurnalı ayda bir dəfə dərc olunacaq.

Jurnalda uşaqlar üçün müxtəlif sahələrə aid maraqlı, əyləncəli və məlumatlandırıcı mətnlər yer alacaq.

Eyni zamanda, valideynləri maraqlandıran mövzularda mütəxəssis rəyləri, məşhur şəxslərin ailələri ilə müsahibələr, digər özəl yazılar, reportajlar da olacaq.

Jurnalla bağlı ən maraqlı məqam budur ki, jurnalın yaradıcı heyəti azyaşlı uşaqlardan ibarətdir.

Jurnalın təsisçisi və baş redaktoru “Dəcəl Balam” Ailə və Uşaq Klubunun rəhbəri Dilşad Musadır.

view 2725 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news