Azərbaycanda yeni film çəkilir – “Məryəm”

Azərbaycanda yeni film çəkilir – “Məryəm”
calendar 15 aprel 2021
clock 16:15

C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası "Məryəm'' filminin istehsalına hazırlaşır.

Kulis.az xəbər verir ki, kinostudiya filmin istehsal öncəsi mərhələsindən xüsusi fotoları təqdim edib.

Çəkilişləri bu ilin may-iyun aylarında, Şəki, Qax, Zaqatala və Balakən bölgələrində aparılacaq filmin ssenari müəllifi və rejissoru Elçin Musaoğludur. Bütün çəkiliş müddətində audiovizual məzmunlarla mütəmadi olaraq, kinosevərlər məlumatlandırılacaq.

Ekran əsərinin süjet xətti Məryəmin uzun illər sonra ölmüş bildiyi atasını görmək üçün Azərbaycana gəlişi üzərində qurulub. Atasını ucqar rayonda yerləşən psixiatrik xəstəxanada tapan Məryəm, yeni reallıqla üz-üzə qalır. Bu zaman ortaya əbədi “nə etməli?” sualı çıxır.

view 2026 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news