Azərbaycanlı aktyor qocalar evində öldü

Azərbaycanlı aktyor qocalar evində öldü
calendar 5 aprel 2021
clock 16:56

Aktyor Fikrət Məmmədov dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, "Fəryad” filmində canlandırdığı Aşot obrazı ilə də yadda qalan aktyor Fikrət Məmmədov vəfat edib.

Bu barədə aktyorun həmkarları sosial şəbəkədə məlumat yayıblar.

F.Məmmədov 1 yanvar 1956-cı ildə dünyaya gəlib.

“Axırıncı reys”, “Bağlı qapı”, “Bayquş gələndə”, “Cin mikrorayonda”, "Çarə”, “Doğma sahillər”, “Əlaqə”, “Fəryad”, “Fırıldaqçı”, “Gümüşgöl” əfsanəsi filmlərinə çəkilib.

Bronxial astma xəstəliyindən əziyyət çəkən aktyor ömrünün son illərini Bilgəhdə yerləşən “Qocalar evi”ndə yaşayıb.

Qeyd edək ki, aktyor Fikrət Məmmədov Azərbaycanın məşhur musiqi xadimi Ağası Məşədibəyovun nəvəsidir.

Allah rəhmət eləsin.

view 2761 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news