Azərbaycanlı fotoqraf beynəlxalq mükafat aldı - Qalib gələn fotolar

Azərbaycanlı fotoqraf beynəlxalq mükafat aldı - Qalib gələn fotolar
calendar 13 aprel 2021
clock 09:41

Azərbaycanlı fotoqraf Fərqanə Qasımlı Avropa Fotoqrafları Federasiyasının (FEP) “İlin Professional Fotoqrafı 2021” müsabiqəsində mükafata layiq görülüb.

Kulis.az xəbər verir ki, FEP-in “İlin Professional Fotoqrafı 2021” müsabiqəsinin yekun nəticələri elan olunub. Müsabiqəyə 25 fərqli ölkədən qatılan fotoqraflar arasında idman kateqoriyası üzrə azərbaycanlı fotoqraf Fərqanə Qasımlı Top-10 finalisti olaraq “Distinction” və “Merit” mükafatlarına layiq görülüb. Qeyd edək ki, 2018-ci ildə Fərqanə Qasımlı FEP-dən “Avropa Fotoqrafı” (EP) kvalifikasiyasını qazanmışdır.

“FEP Awards” komandasının verdiyi məlumata görə, builki müsabiqə göndərilən səkillərin çoxluğu baxımından ən böyük müsabiqə olub: “25 fərqli ölkədən 300-dən çox fotoqrafdan 2600-dən çox səkil aldıq. 29 beynəlxalq hakimdən ibarət bir komanda və yarışın sədri Johan Brouvers ilə birlikdə bu fotoşəkillərin arasından ən yaxşısını seçmək üçün çox çalışdıq. Bütün qalibləri təbrik edirik”.

view 2767 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news