Azərbaycanlı jurnalist Türkiyə televiziyasında veriliş aparacaq

Azərbaycanlı jurnalist Türkiyə televiziyasında veriliş aparacaq
calendar 24 yanvar 2020
clock 15:42

Tanınmış jurnalist, yazar Şəhla Aslan Türkiyənin “KonTV” televiziya kanalında yeni yayımlanmağa başlayan “Dünya gözünde Türkiye” adlı verilişdə aparıcılıq edəcək.

Kulis.az xəbər verir ki, verilişdə Türkiyədə yaşayan xarici vətəndaşların Türkiyəyə dair fikirləri müzakirə olunacaq.

İlk canlı yayımı 22 Yanvarda efirə verilən verilişdə Türkiyədə təhsil alan xarici tələbələr qonaq olub.

Verilişdə Türkiyə təhsil sistemi, təqaüd proqramları, buradakı yaşam tərzi, milli mətbəx, mədəniyyət, Türkiyənin turistik yerləri və s. haqda danışılıb.

Qeyd edək ki, sözügedən veriliş hər həftənin 3-cü günü Azərbaycan saatı ilə 16-da “KonTV”-də canlı yayımlanacaq.

view 2966 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news