Azərbaycanlı müəllifin Əfqanıstandan bəhs edən romanı Türkiyədə nəşr olundu

Azərbaycanlı müəllifin Əfqanıstandan bəhs edən romanı Türkiyədə nəşr olundu
calendar 17 avqust 2021
clock 14:24

Sabir Şahtaxtının qələmə aldığı növbəti əsər, “Yosun ətri” romanı Avrasiya Yazıçılar Birliyi (AYB) tərəfindən Ankarada nəşr olunub.

Kulis.az xəbər verir ki, Türkiyənin məşhur “BENGÜ” yayın evi tərəfindən türkdilli oxuculara təqdim olunan nəşrin rəhbəri AYB-nin sədri, yazıçı-publisist Yaqub Öməroğlu, tərcüməçisi yazıçı-publisist Mətin Yıldırımdır.

“Yosun ətri” romanı Əfqanıstanda xüsusi maraqları olan böyük güclərin qurduğu siyasi oyunların əzablarını yaşayan əfqan xalqının məşəqqətlərini əks etdirən eşq hekayəsidir.

Sovet ideologiyasının təsiri altında əvvəlcə Moskvada təhsil alan əfqan gənc sovet qoşunlarının ölkədən çıxarılması səbəbindən təhsilini Bakıda davam etdirmək məcburiyyətində qalır...Vaxtilə Sovet qoşunları sırasında əfqan xalqına qarşı törədilən döyüşlərdə iştirak edən Qarabağ müharibəsi qazisi ilə dostluq, onun düşüncələrinin istiqamətini dəyişir...

view 2045 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news