Azərbaycanlı rejissorun tamaşası Tiblisi teatrında təqdim olundu

Azərbaycanlı rejissorun  tamaşası Tiblisi teatrında təqdim olundu
calendar 29 dekabr 2019
clock 09:47

Tbilisidəki “Atoneli” teatrında gənc azərbaycanlı rejissor və aktyor Anar Rafiqoğlunun “Stendap komediya” janrında hazırladığı “Zarafat kolleksiyası 6” tamaşasının təqdimatı olub.

Kulis.az xəbər verir ki, “Stendap komediya” zamanı ilk dəfə səhnəciklər də nümayiş etdirilib. Səhnəciklərdə Gürcüstanın “Era Teatrı”nda çalışan azərbaycanlı aktyorlar da çıxış ediblər.

Gallery

Gənc azərbaycanlı aktyorların yeni performansları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Gallery

Qed edək ki, Gürcüstanda Azərbaycan dilində ilk dəfə bu janrda tamaşanı Anar Rafiqoğlu hazırlayıb. Gənc rejissor və aktyor bu yolla cəmiyyətdə baş verən hadisələri bir nəfərin dilindən zarafatla tamaşaçılara çatdırır.

Gallery

view 2267 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news