Azərbaycanlı şair vəfat etdi

Azərbaycanlı şair vəfat etdi
calendar 2 avqust 2021
clock 13:35

Güney Azərbaycanlı şair Mahmud Dəstpiş (Valeh) 87 yaşında vəfat edib

Kulis.azın verdiyi xəbərə görə, o, məşhur “Sizə salam gətirmişəm” şeirinin müəllifi kimi tanınırdı. Türk dili və ədəbiyyatı üzrə mütəxəssis idi.

Mahmud bəy 1934-cü ildə Bakıda anadan olmuşdu.

Əslən Ərdəbildən olan şairin ailəsi ötən əsrin əvvəllərində Bakıya köçüb, sonra yenidən Ərdəbilə qayıdıb.

“Salam gətirmişəm" türk şeirlər divanı, “Türkcə sözlük”, “Füzulidən Şəhriyara qədər”, “El sovqatı”, “Dağa dönmüşəm” və “Məşədi İbad nümayişinin tərcüməsi” maraqlı əsərlər müəllifidir.

Allah rəhmət eləsin

view 2012 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news