Azərbaycanlı yazıçının hekayəsi İngiltərə portalında

Azərbaycanlı yazıçının hekayəsi İngiltərə portalında
calendar 24 avqust 2020
clock 16:35

İngiltərənin populyar ərəbdilli “Əl-Kəlimə” (“Söz”) ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı Nəriman Əbdülrəhmanlının ərəb dilinə tərcümə olunmuş “Kəpənək” əsərinin yayımına başlayıb.

Dövlət Tərcümə Mərkəzindən Kulis.az-a bildirilib ki, hekayə yazıçının yaradıcılığı haqqında məlumatla təqdim edilib.

Əsəri ərəb dilinə tanınmış tərcüməçi Əhməd Sami Elaydi çevirib.

Qeyd edək ki, “Əl-Kəlimə” portalı mütəmadi olaraq səhifələrində Nəcib Məhfuz, Təvfiq əl-Həkim, Abbas əl-Aqqad kimi dünya ədəbiyyatı yazarlarının əsərlərinə yer ayırır.

view 1933 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news