Baba Vəziroğlu ilə görüş keçirilib

Baba Vəziroğlu ilə görüş keçirilib
calendar 2 mart 2020
clock 17:11

Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin təşkilatçılığı ilə Dövlət Arxivləri tərəfindən ölkəmizin görkəmli ictimai-siyasi, ədəbiyyat və incəsənət xadimləri ilə görüşlər, onların sənədlərinin şəxsi mənşəli fond olaraq dövlət mühafizəsinə qəbulu, arxivlərə ekskursiyalar, “Açıq qapı” günlərinin keçirilməsinə başlanılıb.

Milli Arxiv İdarəsinin və qurumun tabeliyində fəaliyyət göstərən dövlət arxivlərinin əməkdaşlarının iştirakı ilə ilk belə tədbirlərdən biri Əməkdar incəsənət xadimi Baba Vəziroğlu ilə olub.

Görüşdə Baba Vəziroğlu ilə yanaşı, Xalq artisti Mübariz Tağıyev də iştirak edib. Tədbiri İdarənin rəisi Əsgər Rəsulov açaraq qonaqlar haqqında qısa məlumat verib. Daha sonra çıxış edən natiqlər, həmçinin qonaqlar arxivlərin əhəmiyyəti, şəxsi mənşəli fondlar və sənədlərin dövlət mühafizəsinə verilməsi haqqında öz fikir və mülahizələrini bildiriblər.

Sonda Baba Vəziroğlu sənədlərinin dövlət mühafizəsinə təqdim etmək üçün Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivi ilə müvafiq akt imzalayıb.

Milli Arxiv İdarəsi adından qonaqlara Dövlət Səs Yazıları Arxivində mühafizə edilən və onların özünə aid olan sənədlərin surətləri xatirə hədiyyəsi olaraq verilib və gül dəstələri təqdim edilib. /azertag.az/

view 1762 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news