Berlin Film Festivalı açıq havada keçiriləcək

Berlin Film Festivalı açıq havada keçiriləcək
calendar 10 may 2021
clock 17:35

71-ci Berlin Beynəlxalq Film Festivalının xüsusi yay proqramı pandemiyaya baxmayaraq adi formatda 9-20 iyun tarixlərində baş tutacaq.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, festivalın mətbuat xidmətindən verilən məlumata görə tamaşaçılar açıq səma altında yerləşən 16 fərqli kinoteatrda festivala qatılan filmləri izləyə biləcəklər.

Xatırladaq ki, festivalın ilk hissəsi martın 1-dən 5-dək keçirilib.

view 2213 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news