Berlində “Lollapalooza” adlı ənənəvi musiqi festivalı ikinci ildir ki, pandemiya səbəbindən keçirilməyəcək.
Kulis.az xəbər verir ki, bu barədə festivalın təşkilatçıları məlumat yayıb.
“Təəssüflə bildiririk ki, hazırkı məhdudiyyətlərlə bağlı “Lollapalooza Berlin 2021” ləğv olunur”, – deyə məlumatda qeyd olunub.
- Yuğ Teatrı premyeralar ərəfəsində
- Merilin Monro ona görə özünə qəsd etdi – Dahi yazıçının kədərli sarışını
- Rəsm müsabiqəsi olacaq
Bildirilib ki, təşkilatçılar festivalı bu il keçirmək üçün son ana qədər əlindən gələni ediblər. Ancaq COVID-19 infeksiyasının yayılması ilə əlaqədar olaraq yaranan epidemioloji vəziyyət tədbiri normal formatda keçirməyə imkan vermir.
Vurğulanıb ki, təşkilatçılar festivalı növbəti ildə keçiriləcəyinə ümid edirlər. Belə ki, bu il alınan biletlər növbəti ildə də keçərli olacaq.