Bollivud ulduzu vəfat etdi

Bollivud ulduzu vəfat etdi
calendar 10 avqust 2021
clock 10:16

Məşhur hind aktyoru Anupam Şiyam 64 yaşında dünyasını dəyişib.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, böyrək xəstəliyi diaqnozu ilə xəstəxanaya yerləşdirilən aktyorun həyatını xilas etmək mümkün olmayıb.

Anupam Şiyam ilk dəfə 1993-cü ildə filmə çəkilib. O, bir zamanlar Hindistanda, İlk görüşdə Sevgi, Dəli sevgi, Şən fırıldaqçılar kimi filmlərlə məşhurluq qazanıb.

view 1768 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news