Bu gün Milli Kino Günü qeyd olunacaq

Bu gün Milli Kino Günü qeyd olunacaq
calendar 2 avqust 2021
clock 09:56

Bu gün saat 20-dən 00-dək YARAT Müasir İncəsənət Məkanının qarşısında - açıq havada Milli Kino Günü qeyd olunacaq.

Kulis.azın verdiyi xəbərə görə, Kinosevərlər Gecəsi adlan tədbir Mədəniyyət Nazirliyi ilə YARAT Müasir İncəsənət Məkanının birgə layihəsidir.

Tədbirin proqramı nüfuzlu film festivallarında uğur qazanan milli filmlərin premyeralarından ibarətdir.

Filmlər Azərbaycan dilində (ingilis dilində altyazı ilə) nümayiş olunacaq.

Proqram çərçivəsində Əli-Səttar Quliyevin “Olimpiya”, Rüfət Həsənovun “Daxildəki ada”, Teymur Hacıyevin “Axşama doğru”, Teymur Qəmbərovun “Quxuroba” filmləri nümayiş olunacaq.

view 1390 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news