Bu yazıçılara vəzifə verildi

Bu yazıçılara vəzifə verildi
calendar 2 iyul 2021
clock 16:15

Azərbaycan Yazıçılar Birliyində (AYB) yeni kadr təyinatları olub.

Kulis.az xəbər verir ki, Rauf Aslanov Azərbaycan Yazıçılar Birliyi sədrinin baş müşaviri təyin edilib. Yazıçı-tərcüməçi Vaqif Əlixanlıya AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri vəzifəsini, yazıçı Pərvin Nurəliyevaya isə “Qobustan” jurnalının baş redaktoru vəzifəsini icra etmək tapşırılıb.

İndiyədək Mərkəzin nəşri olan “Dünya ədəbiyyatı” dərgsinin baş redaktoru, ədəbiyyatşünas Seyfəddin Hüseynli isə eyni zamanda Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədrinin müavini təyin edilib.

view 2259 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news