Bukerin qalibi bu tarixdə açıqlanacaq

Bukerin qalibi bu tarixdə açıqlanacaq
calendar 5 iyun 2020
clock 10:55

Bu ilki Beynəlxalq Buker Mükafatının laureatı avqustda elan olunacaq.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, Beynəlxalq Buker Mükafatının təşkilatçıları tərəfindən qəbul olunan qərara əsasən 2020-ci ilin laureatının adı avqustun 26-da onlayn rejimdə açıqlanacaq.

Bu ilki müsabiqə siyahısına Argentina, Almaniya, İran, Meksika, Hollandiya və Yaponiyadan olan yazıçıların kitabları daxil olunub. Laureatın adının açıqlanması may ayının 19-da təyin olunsa da koronavirus pandemiyası səbəbi ilə təxirə salındı.

Xatırladaq ki, Beynəlxalq Buker Mükafatı 2004-cü ildə təsis edilmişdir. Və 2016-cı ildən bu yana hər il verilir. Mükafatın qısa siyahısında olan hər bir müəllif 1000 funt, qalib isə 50 min funt pul mükafatı ilə təltif olunur.


Ötən il mükafat tarixində ilk dəfə olaraq Fars körfəzi ölkələrindən olan omanlı Coxa Alharth bu mükafata layiq görülüb.

view 1575 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news