Bəxtiyar Vahabzadə yaradıcılığı Meksika portalında

Bəxtiyar Vahabzadə yaradıcılığı Meksika portalında
calendar 8 yanvar 2021
clock 16:41

Bəxtiyar Vahabzadənin yaradıcılığı Meksika portalında yer alıb.

Kulis.az xəbər verir ki, Meksikanın populyar “Tecnología industrial” (elm, sənaye və ədəbiyyat) portalı və “Más literatura” (“Daha çox ədəbiyyat”) feysbuk ədəbiyyat səhifəsi Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin ispan dilinə tərcümə edilmiş “Özümdən narazıyam”, “Vətən var” şeirlərinə və şairin yaradıcılığı haqqında geniş məlumata yer ayırıb. Şeirlərin ispan dilinə tərcümə müəllifi – Tutuxanım Yunusovadır.



Qeyd edək ki, geniş oxucu kütləsi olan “Tecnología industrial” portalı öz səhifələrində müntəzəm olaraq Migel Ernandes, Uolt Uitmen, Konstantinos Kavafis, Frans Kafka, Pita Amor, Xose Emilio Paçeko kimi dünya şöhrətli yazıçı və şairlərin əsərlərinə yer ayırır.

Keçid linki:


https://tecnologiaindustrial.net/


https://www.facebook.com/masliteraturamx

view 3058 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news