Bəxtiyar Vahabzadə yaradıcılığı Qazaxıstan ədəbiyyat portalında (“adebiportal.kz”) yayımlanıb.
Kulis.azın verdiyi xəbərə görə, rus dilinə tərcümə edilmiş “Ayrılıqda”, “Ürək”, “Dəyişilmə” şeirlər ilə yanaşı portalda şairin yaradıcılığı haqqında məlumat da yer alıb.
Şeirlərin rus dilinə tərcümə müəllifləri V.Luqova, A.Kronqauz və V.Zayçevdir.
Qeyd edək ki, geniş oxucu kütləsi olan “Adebiportal.kz” öz səhifələrində müntəzəm olaraq Aleksandr Blok, Akutaqava Rünoske, Con Apdayk, Lilian Voyniç, Virciniya Vulf, Herman Hesse, Knut Hamsun kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.
- 81-ci Venesiya film festivalının posteri bəlli oldu
- Şəhid generaldan roman yazılacaq
- Əlif Şəfəq Buker mükafatının jürisində
B.Vahabzadənin şeirləri Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində yayımlanır.