Cavid Zeynallının romanı ikinci dəfə nəşr olundu  - Foto

Cavid Zeynallının romanı ikinci dəfə nəşr olundu  - Foto
calendar 10 iyun 2021
clock 14:10

Yazıçı Cavid Zeynallının “Günəşi gözləyənlər” romanı ikinci dəfə nəşr olunub.

Müəllifin Kulis.aza verdiyi xəbərə görə, yeni yaradılan və Azərbaycan ədəbiyyatının nəşri, təbliği ilə bağlı planlar quran “Köhlən” nəşriyyatının rəhbəri Nizami Əlisoy bir müddət əvvəl romanı oxuyub, yenidən nəşrini təklif edib.

“Günəşi gözləyənlər” Cavid Zeynallının ilk romanıdır.

Roman yeni nəşrdə yeni redaktə ilə təqdim edilib.

Kitabın redaktorları Əsəd Cahangir və Elnaz Eyvaz, korrektoru Gülər Uğur, mətn tərtibatçısı Yusif Əsgərdir.

Kitab şənbə günündən bütün kitab mağazalarında olacaq.

view 1644 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news