Cennifer Lopezin 23 illik kini – Aktyor yoldaşını boykot etdi

Cennifer Lopezin 23 illik kini – Aktyor yoldaşını boykot etdi
calendar 6 oktyabr 2021
clock 10:43

Məşhur Amerika müğənnisi və aktrisası Cennifer Lopes həmkarı Corc Kluninin yeni filmini baykot edib.

Kulis.az rus mediasına istinadən xəbər verir ki, Lopes Corc Kluninin ekranlaşdırdığı, sevgilisi Ben Afflekin də çəkildiyi “Zərif bar” filminin premyerasına qatılmayıb.

Buna səbəb isə aktrisanın 1998-ci ildə Corc Kluni ilə çəkildikləri “Gözdənkənar” filminin çəkilişlərindəki incikliyin hələ də davam etməsi olub.

Lopezin premyerada olmamasına baxmayaraq Ben Afflek Kluni ilə birlikdə premyerasından əvvəl şəkillər çəkdirib.

view 2135 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news