Cəlil Cavanşir və Taleh Yüzbəyov eyni layihədə

Cəlil Cavanşir və Taleh Yüzbəyov eyni layihədə
calendar 15 may 2020
clock 16:10

Hər kəs tərəfindən maraqla izlənilən və bir o qədər də tənqid olunan “Zəhər tuluğu”nun növbəti hissəsi çəkilir.

Bu barədə Kulis.az-a filmin ssenari müəlliflərindən olan tanınmış yazıçı Cəlil Cavanşir məlumat verib. Taleh Yüzbəyovun youtube platformasında yayımlanan "Zəhər tuluğu" adlı qısa filmlərinin məşhur qəhrəmanı Adilin keçmişindən və həyatının necə mənfi istiqamətdə dəyişməsindən, sıravı müəllimin necə zəhər tuluğuna çevrilməsindən bəhs edəcək.

Filmin prodüseri Orxan Mərdan, ssenari müəllifləri Taleh Yüzbəyov, Orxan Mərdan, Pərviz Həsənov və Cəlil Cavanşirdir.

Hazırda filmin çəkilişləri üçün hazırlıq işləri görülür. Bu ilin sonunda filmin tamaşaçılara təqdim edilməsi planlaşdırılır.

Gallery

view 3038 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news