Dahi şairin çap olunmamış şeiri tapıldı

Dahi şairin çap olunmamış şeiri tapıldı
calendar 5 mart 2021
clock 13:01

Britaniyanın “The Times Literary Supplement” nəşrində Vladimir Nabokovun daha öncə heç yerdə çap olunmamış şeiri dərc olunub.

Kulis.az “İzvestiya”-ya istinadən xəbər verir ki, “The Man of Tomorrow’s Lament” (“Sabahın kişisinin ağlayışı”) adlanan bu şeir Supermenin adından yazılıb. Şeirdə Supermen sevdiyi qadın Lois Leyndən övladının olmamağına görə iztirab çəkir.

Qeyd edək ki, şeiri ədəbiyyatçı Andrey Babikov tapıb. Babikov bu əsəri Yels universitetinin kitabxanasından, Beynekenin əlyazmaları arasından tapıb.

Ədəbiyyatçı şeirin bu qovluqda təxminən 80 il qaldığını bildirib.

view 1762 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news