Devid Finçerdən yeni film

Devid Finçerdən yeni film
calendar 25 fevral 2021
clock 18:06

Amerika rejissoru Devid Finçer Netflix şirkəti üçün yeni filmin çəkilişlərinə başlayıb.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, yazıçı Aleksis Noulentin “Qatil” romanı əsasında ekranlaşdırılacaq film şəxsi həyatında böhran yaşayan qatildən bəhs edir.

Ssenari müəllifi Endryu Kevin olan filmdə əsas rollardan birini aktyor Maykl Fassbinderin canlandıracağı ehtimal olunur.

Xatırladaq ki, ötən il Devid Finçer yaxın dörd il ərzində filmlərinin “Netflix”də yayımlanması üçün müqavilə bağlayıb.

view 1920 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news