Dirijorumuz “Qızıl xaç” ordeni aldı

Dirijorumuz “Qızıl xaç” ordeni aldı
calendar 17 noyabr 2020
clock 09:50

Macarıstan Prezidenti Yanoş Aderin və Baş nazir Viktor Orbanın sərəncamları ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Azərbaycanın Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev Macarıstanın ən yüksək dövlət mükafatı - “Qızıl Xaç” ordeni ilə təltif olunub.

Kulis.az xəbər verir ki, dirijor Əyyub Quliyev bu mükafata mədəniyyət sahəsində əldə etdiyi uğurlara və Azərbaycan ilə Macarıstan arasında mədəni əlaqələrin inkişafına verdiyi xüsusi töhfələrə görə layiq bilinib.

Ordenin təqdimat mərasiminin Macarıstanın Azərbaycandakı səfirliyində keçirilməsi planlaşdırılır.

view 1814 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news