Dostoyevskini tənqid edən yazıçıya sərt cavab - "Utanmalıdır"

 Dostoyevskini tənqid edən yazıçıya sərt cavab - "Utanmalıdır"
calendar 2 mart 2020
clock 11:47

Rusiyanın tanınmış yazıçıları Aleksey İvanov və Sergey Lukyanenko Dostoyevskinin “Cinayət və cəza” romanını tənqid edən amerikalı yazıçı Ceyms Elleroya cavab verib.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, Aleksey İvanov, Dostoyevskinin “Cinayət və cəza” romanını rus çirkabı adlandıran dedektif romanlar müəllifi Ceyms Elleroyun klassiklər haqqında danışmağa haqqı olmadığını bildirib.

Sergey Lukyanenko isə müəllifin hələ Dostoyevski səviyyəsinə çatmadığını deyib. O qeyd edib ki, amerikalı müəllif Dostoyevskini həzm edə və doğru qiymətləndirə bilmədiyi üçün utanmalıdır.

Xatırladaq ki, bir neçə gün əvvəl məşhur jurnallardan birinə müsahibə verən amerikalı yazıçı Ceyms Elleroy Dostoyevskinin “Cinayət və cəza” əsərini rus çirkabı adlandırmışdı.

view 1881 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news