Elçinin pyesləri Türkiyədə nəşr olundu

Elçinin pyesləri Türkiyədə nəşr olundu
calendar 12 iyun 2020
clock 18:01

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi çərçivəsində, Türkiyədə fəaliyyət göstərən “Zengin Yayıncılık” nəşriyyatı ilə işbirliyi nəticəsində bu günə qədər klassik və müasir dövr olmaqla 30 Azərbaycanlı müəllifin 46 adda kitabının tərcüməsi və çapı başa çatdırılaraq Türkiyəli oxucuların diqqətinə təqdim edilib.

Layihənin davamı olaraq Xalq yazıçısı Elçinin pyeslər toplusu Türkiyə türkcəsində çap olunub. Kitaba ədibin “Poçt şöbəsində xəyal”, “Ah, Paris, Paris!”, “Qatil” pyesləri daxil edilib.

Gallery

view 2647 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news