Xalq artisti, rejissor Eldar Quliyev dəfn olunub.
APA-nın məlumatına görə o, vəsiyyətinə uyğun olaraq "Qurd qapısı" qəbiristanlığında, həyat yoldaşının yanında dəfn edilib.
Pandemiya ilə əlaqədar ailəsi dəfndə kənar şəxslərin iştirak etməməsini xahiş edib.
- Kütlə zay məhsulu sevir... – Ruslan Mollayevin essesi
- Yeni ilə hazırlaşan 10 TİP
- Kuklada uşaqlar üçün tamaşa
Qeyd edək ki, E.Quliyev uzun sürən xəstəlikdən sonra aprelin 16-da vəfat edib.
Xatırladaq ki, rejissorun övladları xarici ölkələrdə yaşadıqları üçün onların iştirakı ilə əlaqədar dəfn bu günə təyin olunub.