Feysbuk məşhur yumor ustasının hesabını bağladı - Yəhudi düşmənçiliyinə görə

Feysbuk məşhur yumor ustasının hesabını bağladı - Yəhudi düşmənçiliyinə görə
calendar 4 avqust 2020
clock 18:57

Feysbuk məşhur yumor ustası Dedonne M'Balanın profil hesablarını bağlayıb.

Kulis.az türk mətbuatına istinadən xəbər verir ki, səbəb aktyorun paylaşımlarındakı antisemitizm (yəhudi əleyhdarlığı) olub.


Feysbuk tərəfindən təqdim olunan rəsmi açıqlamada yumor ustasının sosial şəbəkələrdə yəhudi soyqırımı qurbanlarını lağa qoyduğu və onlara qarşı alçaldıcı ifadələr işlətdiyi irəli sürüldü.

Xatırladaq ki, ötən ilin noyabr ayında da 1,6 milyon təqibçisi olan Dedonneyə paylaşdığı bir videonun antisemit olması səbəbi ilə 9 min avro cəza təyin edilmişdi.

view 2891 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news