Filmdəki "Kəndimiz" mahnısının ifaçısı dünyasını dəyişdi

Filmdəki "Kəndimiz" mahnısının ifaçısı dünyasını dəyişdi
calendar 7 iyul 2020
clock 16:06

Məşhur “Ögey ana” filmindəki Kəndimiz mahnısının ifaçısı Məsumə Atamova dünyasını dəyişib.

Kulis.az xəbər verir ki, "Ögey ana" filmində "Kəndimiz" mahnısının ifaçısı Məsumə Atamova rəhmətə gedib. O, uzun illərdi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Xatırladaq ki, filmindəki "Kəndimiz" mahnısının əsl ifaçısı, çoxlarının bildiyi kimi Şövkət Ələkbərova yox, məhz Məsumə Atamova olub. O, "Pionerlər evində" oxuduğu vaxtlarda məşhur bəstəkar Tofiq Quliyevin onun müəllimi Əfsəl Cavanşirovdan uşaq səsi tapmağı xahiş etdiyini bildirib.

Cavanşirov isə Atamovanın ən yaxşı seçim olduğunu deyib. Beləliklə, 7 yaşlı qızcığaz "Ögey ana" filmində "Kəndimiz" mahnısını ifa edib.

Allah rəhmət etsin!

view 5642 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news