Fərid Hüseynin imza günü keçirləcək

Fərid Hüseynin imza günü keçirləcək
calendar 7 fevral 2020
clock 15:32

Fərid Hüseynin "Zərdabi” nəşriyyatında "Kaspi nəşrləri” seriyasından "Sevdiyim əsər” (müsahibələr) və "Mücrü” nəşriyyatında "Təkrarın tənhalığı” (şeirlər) adlı kitabları işıq üzü görüb.

"Sevdiyim əsər” kitabında dünya və Azərbaycan ədəbiyyatının şah əsərləri haqqında seçkin söz və fikir adamlarının müsahibələri toplanıb. Toplu Azərbaycan ədiblərinin dünya ədəbiyyatına, ən çox sevdikləri əsərlərə münasibətlərini aydınlaşdırır, həmin əsərlər əhatəli şəkildə təhlil olunur. 101 müsahibənin cəm olduğu kitabda 100-ə qədər əsərdən söhbət gedir.

"Təkrarın tənhalığı” kitabında Fərid Hüseynin indiyə qədər çap olunmuş bütün şeirləri toplanıb.

Kitabların təqdimat mərasimi 11 fevral, saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin "Natəvan” keçirləcək. /artkaspi.az/

view 1888 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news