Frida Kalonun itmiş şəkli tapıldı

Frida Kalonun itmiş şəkli tapıldı
calendar 4 iyul 2020
clock 11:20

İspan kolleksiyaçı və qalereya sahibi Kristofer Lopez hesab edir ki, 1955-ci ildə meksikalı rəssam tərəfindən çəkilmiş “Yaralı süfrə” əsərini tapmağı bacarıb.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, əsər 1940-cı ildə Frida Kalonun Diego Rivera ilə boşanmasından sonra yaradılıb.

Lopezin sözlərinə görə, rəsm Londondadır və hazırkı sahibi bunun üçün 40 milyon avrodan çox pul tələb edir.

Mütəxəssislər isə tapılan rəsmin “Yaralı süfrə” əsərinin əsli yox, başqa bir nüsxəsi olduğunu hesab edirlər.

Sənətşünas Helga Prignitz-Poda Kalonun rəsminin kətan üzərində deyil, ağac üzərində rəngləndiyini söyləyib. Həmçinin o, satışa çıxarılan orijinal və tapılan rəsm arasında aydın fərqlərin olduğunu da qeyd edib.

"Yaralı süfrə" əsəri sonuncu dəfə 1955-ci ildə Varşavada nümayiş olunandan sonra müəmmalı şəkildə yoxa çıxıb.

Gallery

view 2574 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news