Gəncə Dövlət Dram Teatrının tikintisi üçün 13.8 milyon manat ayrıldı

Gəncə Dövlət Dram Teatrının tikintisi üçün 13.8 milyon manat ayrıldı
calendar 24 iyun 2020
clock 17:07

Prezident İlham Əliyev Gəncə Dövlət Dram Teatrının tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

APA xəbər verir ki, sərəncamla Gəncə Dövlət Dram Teatrının 500 yerlik yeni binasının tikintisinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.53.1-ci yarımbəndində göstərilmiş məbləğin 13,8 milyon (on üç milyon səkkiz yüz min) manatı Gəncə Şəhər İcra Hakimiyyətinə ayrılıb.

view 1542 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news