Gənc şairin şəhid haqqında poeması çap olundu

Gənc şairin şəhid haqqında poeması çap olundu
calendar 29 iyun 2021
clock 14:34

Şair Faiq Hüseynbəylinin “Arzuların şəhidi” adlı yeni kitabı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, kitab Cəlilabad rayonunun Alar kəndində anadan olmuş Vətən müharibəsi şəhidi Əkbər Azər oğlu Hüseynli haqqındadır.

Ailənin yeganə oğul övladı olan Əkbər Hüseynli təhsilini yarımçıq qoyaraq hərbi xidmətə getmiş, Murov ətrafındakı döyüşlərdə iştirak etmiş və şəhid olmuşdur.

Oxuculara Faiq Hüseynbəylinin poeması ilə birlikdə şəhid Əkbər haqqında Vəfa Mürsəlqızı, Arzu Göytürk, Gülnarə İsrafil, Şakir Xanhüseynli, Əlirza Həsrət, İltimas Səmimi, Elşad Barat, Tamara Nadirova, İlham Cəsur, İqbal Nəhmət, Xalid Mahmud, Bilal Alarlı, Ənvər Məsud, Allahşükür Ağa, Bəhruz Xəlil və digər şairlərin yazdığı şeirlər, həmçinin müxtəlif müəlliflərin kimlik yazıları təqdim olunur.

Kitabın “Ön söz”ünün müəllifi və redaktoru filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlıdır.

view 2238 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news