Gənclər üçün yeni müsabiqə başlayır - AzTV-də...

Gənclər üçün yeni müsabiqə başlayır - AzTV-də...
calendar 3 iyun 2021
clock 17:46

İstedadlı gənclər üçün nəzərdə tutulan yeni müsabiqə başlayır.

Kulis.az xəbər verir ki, layihə Azərbaycanda Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və RÄNG leyblın tərəfdaşlığı, “GəncSİMA” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.

Azərbaycan Dövlət Televiziyasında (AzTV) teleşou formatında yayımlanan “SƏHNƏDƏ" Gənc İstedadlar Müsabiqəsi ölkəmizdə gənclərin inkişafına yönəlmiş layihələrdən biridir. Müsabiqə paytaxt və regionlarda yaşayan gənclərimizin musiqi sahəsində bacarıqlarını nümayiş etdirməsinə və yaradıcılıq potensialının aşkarlanmasına şərait yaradır.

Bakı şəhəri də daxil olmaqla, respublikanın 7 şəhərində baş tutacaq kastinqlərdə minlərlə gənc öz ifa bacarığını göstərmək şansı qazanacaq. Müsabiqəyə son müraciət tarixi 10 iyun 2021-ci ildir.

Qeyd edək ki, müsabiqənin münsifləri Sevda Ələkbərzadə, ProMete və İsgəndər İbrahimovdur.

view 2305 dəfə oxunub

Müəllifin son yazıları

Norma
Norma
menu pen all_news