Haqverdiyevin hekayəsi İndoneziyanın radio kanalında

Haqverdiyevin hekayəsi İndoneziyanın radio kanalında
calendar 1 sentyabr 2020
clock 10:30

Əbdürrəhimbəy Haqverdiyevin məşhur hekayəsi İndoneziyanın “Kanal Dengar” radio kanalında səsləndirilib.

Kulis.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında, həmçinin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illik yubileyinin geniş şəkildə keçirilməsi ilə bağlı sərəncamlarına uyğun olaraq, ədibin “Sarı toyuq” hekayəsi İndoneziyanın “Kanal Dengar” radio kanalında səsləndirilib. Əsər bu ölkədə təhsil alan tələbələrimiz Əli Əliyev və Leyla Qarayeva tərəfindən “Könüllülər ili” çərçivəsində tərcümə edilib və hər qəhrəman fərqli şəxs tərəfindən səsləndirilib.

Hekayəni radionun əməkdaşı Lutfi Nasution təqdim edib. Sözügedən səsləndirməni https://anchor.fm/kanaldengar/episodes/Ayam-Kuning---Kanal-Dengar-x-Kedutaan-Besar-Azerbaijan-eip6ba keçid vasitəsilə dinləmək mümkündür. Hekayənin digər internet resurslarında yayımlanması da təmin edilib.

view 1637 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news