Hollivud ulduzu kosmosda filmə çəkiləcək

Hollivud ulduzu kosmosda filmə çəkiləcək
calendar 6 may 2020
clock 17:42

Məşhur Hollivud aktyoru Tom Kruz yeni macəra filmində çəkiləcək.

Kulis.az xarici mediyaya istinadən xəbər verir ki, filmin bir hissəsi Beynəlxalq Kosmik Stansiyada reallaşacaq. Bu barədə ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) direktoru Ceyms Braydenstayn bildirib.

“NASA Tom Kruzu stansiyanın göyərtəsində görmək və onunla film üzərində işləməkdən çox məmnundur. Biz NASA-nın iddialı layihələrini həyata keçirən yeni nəsil mühəndis və alimləri ruhlandırmaq üçün bütün media vasitələrindən istifadə etməliyik”, - deyə C. Braydenstayn deyib.

view 2182 dəfə oxunub

Müəllifin son yazıları

menu pen all_news